İraqda partlayış - 40-dan çox ölü

11.08.2015 04:01     Dünyadan reaksiya     1577

İraqın şərqindəki Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb. Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.  

 

Məlumata görə, Diyala əyalətinin inzibati mərkəzi sayılan Baakübə şəhərinin mərkəzi bazarında partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

 

Bundan başqa Baakübə şəhərinin şərqində də partlayış törədilib, nəticədə 7 nəfər ölüb, 25 nəfər yaralanıb.

 

Şərhlər