Ərdoğan Qaşıqçı bombasını BU GÜN PARTLADACAQ - Dünyanın ən qəddar qadını Ankaraya GÖNDƏRİLDİ
23.10.2018 12:07 Dünyadan reaksiya 1045
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan və sonradan qətli Ər-Riyad tərəfindən etiraf edilən səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsi dünya siyasətinin bir nömrəli mövzusu qalmaqda davam edir.
Qaşıqçı mövzusunun müzakirəsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Hespel bu gün Türkiyəyə gəlib.
ABŞ prezidenti Donald Tramp tərəfindən göndərilən Hespel Qaşıqçının istintaqı üzərində çalışacaq.
62 yaşlı qadının dövlət katibi Maykl Pompeoya ən yaxın adam olduğu deyilir. Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.
Haspel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilir.
Dünya isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü çıxışına kilidlənib. Türkiyə lideri bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Camal Qaşıqçının qətli ilə bağlı hər şeyi danışacağını deyib.
“Burada ədalət axtarırıq. 15 nəfər buraya niyə gəldi, 18 nəfər niyə həbs olundu? Bunlar bütün detalları ilə açıqlanmalıdır. Çərşənbə axşamı daha fərqli şəkildə qrup toplantısında danışacağam. Orada bunların detallarını açıqlayacağam”, - Ərdoğan bazar günü vurğulamışdı.
“Əl-Cəzirə”dən Zeyna Khodr gözləntilərin yüksək olduğunu və Ərdoğanın çıxışının səudiyyəli jurnalistin qətli məsələsində dönüş nöqtəsi olacağını söyləyib.(publika)
Şərhlər