Qaşıqçının meyidi turşuda əridilmiş ola bilər - yeni iddia

01.11.2018 13:37     Dünyadan reaksiya     939

Amerikada yayımlnan “Washington Post” qəzetinə açıqlama verən yüksək səviyyəli bir türk təmsilçi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən səudiyyəli qəzetçi Camal Qaşıqçının cəsədinin hissələrə ayrıldıqdan sonra turşuda əridilmiş ola biləcəyi ehtimalının dəyərləndirildiyini deyib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərdə adı gizli saxlanılan nümayəndə Qaşıqçının cəsədinin baş konsulluq binasında, ya da baş konsulun rezidensiyasında turşuda əridilmiş ola biləcəyi, aparılan axtarış və araşdırmalarda əldə edilən dəlillərin də bu tezisi dəstəklədiyini bildirib. Səlahiyyətli nümayəndə “Qaşıqçının cəsədinin basdırılmasına gərək yoxdu” deyib. Çərşənbə günü istintaqla bağlı açıqlama verən İstanbul Baş Prokurorluğu da “Qaşıqçının cəsədi parçalandı və yox edildi” deyə açıqlama yaymışdı.

Səudiyyə Ərəbistanının rəsmi instansiyaları Qaşıqçının baş konsulluq binasında öldürüldüyünü qəbul etsə də, meyidin harada olduğunun bilinmədiyi deyilir. Səudiyyəli yetkililər Qaşıqçının cəsədinin “yerli bir işbirlikçiyə” təslim edildiyi istiqamətində açıqlamalar vermişdi.

Washington Post'a danışan yüksək mənsəbli şəxs istintaqı aparan heyətin “yeni işbirlikçi” açıqlamasını həqiqətə uyğun hesab etmədiyini qeyd edib. Qəzetin xəbərində Səudiyyə Ərəbistanı baş prokuroru Suud el-Macibin Istanbul görüşlərində pərdə arxasında nələr yaşandığına dair də məlumatlar yer alır.

Qəzetə danışan ikinci bir türk yetkili isə el-Macibin üç günlük İstanbul danışıqları boyunca Qaşıqçının cəsədinə nə olduğuna dair heç bir detal vermədiyini dedi. Yetkili "El-Macib'in öncəliyi, Türkiyənin əlində hansı dəlillərin olduğunu müəyyən etmək idi. İstintaqda səmimi bir işbirliyi içərisində olacaqları təsəvvürünü əldə etmədik” deyib.

Türk yetlililər Qaşıqçının baş konsulluqda işgəncə gördüyünə və öldürüldüyünə dair səs yazısı və görüntü qeydləri olduğunu bildirmişdi.

Səudiyyə Ərəbistanı uzun müddət Qaşıqşının öldürülməsini etiraf etməsə də, dünya birliyinin təzyiqindən, Türkiyənin ortaya dəlil-sübutlar qoymasından sonra baş prokuror səviyyəsində jurnalistin öncədən planlaşdırılmış şəkildə öldürüldüyünə dair açıqlamalar verdi.

Hadisə ilə bağlı istintaq davam edir.

Reaksiya.az

Şərhlər