Rusiya ilə Ermənistan arasında yeni müqavilə imzalanıb
22.11.2018 19:24 Dünyadan reaksiya 940
Müqaviləni Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrix və Ermənistan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən Akop Arşakyan imzalayıb.
Sözügedən müqavilə ciddi insidentlər və aviasiya hadisələrinin araşdırılması üzrə beynəlxalq büronun yaradılması haqqındadır. Belə bir büronun yaradılması haqqında müzakirələr neçə ildir davam edir.
Yevgeni Ditrix keçirdiyi mətbuat konfrasında jurnalistərə açıqlamasında “bu təşkilata üzv olan bütün ölkələr arasında Beynəlxalq Aviasiya təşkilatının səlahiyyətləri bərabər bölüşdürüləcək. Yaranacaq yeni büronun öz fəaliyyətini Avrasiya İqtisadi Ittifaqına daxil olan ölkələr arasında davam etdirməsi nəzərdə tutulub”- deyə bildirdi.
Yaradılacaq büronun baş qərargahınin isə Moskva şəhərində yerləşməsi planlaşdırılır. Hansı ölkənin yeni bu büroya başçılıq etməsi barəsində hələki mətbuata açıqlama verilməyib.
Rusiya Federasiyasının Baş naziri Dimitri Medvedyev oktyabrın ortalarında bu layihənin təqdir olunması haqqında sərəncam imzalayıb.
Onu da qeyd edək ki, yaradılacaq yeni büronun büdcəsi buraya üzv olan ölkələrin edəcəyi ödənişlər əsasında formalaşacaq.
Şərhlər