GÜNLƏR QALDI: Rusiyaya strateji zərbə vurulur - DETALLAR AÇIQLANDI

04.12.2018 12:45     Dünyadan reaksiya     925

Rusiya ətrafında iqtisadi ilgək sıxılmaqda davam edir. ABŞ administrasiyası Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabit Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi haqqında iş üzrə Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyi planlaşdırır.

Yeni məhdudiyyətlər artıq 2019-cu ilin yanvarında elan ediləcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə bildirib ki, siyasi isteblişmentdə qərar artıq qəbul edilib.

Sanksiyalar Rusiyanın bütün dövlət müəssisələrinə qarşı qəbul ediləcək. Onlar iqtisadiyyatın 70 faizinə və təxminən işləyən rusiyalıların 40 faizinə toxunacaq. Söhbət maşınqayırma, neft məhsulları və müxtəlif növ texnika sferalarından gedir. Bu, Rusiyadan texnologiyaların ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq, xüsusi halda, qadağa müdafiə sənayesi üçün elektronikaya və mühərriklərə toxunacaq.

Zərbə maliyyə sahəsinə də vurulacaq. Belə, ABŞ-ın dövlət strukturları kredit verilməsini və Rusiyaya maliyyə köməyi göstərilməsini dayandıracaq. İki ölkə arasında diplomatik münasibətlərin əhəmiyyətli şəkildə məhdudlaşdırılması, həmçinin ABŞ və Rusiya arasında aviarabitənin qismən dayandırması istisna edilmir. Bundan başqa, sanksiyalar Beynəlxalq Kosmik Stansiya üçün detalların çatdırılmasına da zərər verə bilər.

Beynəlxalq hüquq mütəxəssisi Maksim Yalinin sözlərinə görə, sanksiyalar artıq 2019-cu ilin yanvarında qəbul ediləcək.

İndiki vəziyyətdə təəssürat yaranır ki, ABŞ Rusiyaya strateji zərər vurmağa çalışır. Rusiya iqtisadiyyatını çökdürmək, onu SWIFT (ingilis dilində Society for Worldwide Interbank Financial Telecommunication –Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən çıxarmaq təhlükəli hesab edilir və sərfəli deyil, buna görə də Birləşmiş Ştatlar sferalardan hər birinə konkret sanksiyalar tətbiq etməyə qərar verib.

İqtisadçı Erik Nayman proqnozlaşdır ki, yeni sanksiyalardan itkilər qlobal olmayacaq.

“Sanksiyaların mənfi effekti böyük olacaq, amma faciəli olmayacaq. Neft embarqosu, həmçinin SWIFT sistemindən çıxarılma olmayacaq”, - Nayman danışıb.

Beynəlxalq hüquq mütəxəssisi Yuliya Osmolovskaya həmçinin hesab edir ki, qarşıdakı sanksiyalar ayrı-ayrı sferaları vuracaq, amma faciə yaratmayacaq.

Reaksiya.az

Şərhlər