Orxan Camalın qatillərinin adı açıqlandı – Erməni də varmış

24.12.2018 13:12     Dünyadan reaksiya     793

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında Orxan Camal və daha iki rusiyalı jurnalisti qətlə yetirən Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin 10 muzdlusunun adını müəyyən edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi saytında yayılan məlumatda "Vaqner" döyüşçülərinin Mərkəzi Afrika Respublikasına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən cari ilin əvvəlində göndərildiyi qeyd olunub. Muzdlu döyüşçülər "M-Finans" şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Afrikaya onlar rusiyalı biznesmen Yevgeni Priqojinin təyyarəsi ilə çatdırılıblar.

Bura göndərilən döyüşçülər yerli hərbi dəstələrə təlim keçib, həmçinin bölgədəki qiymətli daşların Rusiyaya məxfi tədarükünü təmin ediblər. Ümumilikdə MAR-a "M-Finans" şirkətinin tərkibində 37 nəfər göndərilib. Bunlardan 10-nun adı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib. Bu şəxslərin Ukraynanın şərqi və Suriyadakı döyüşlərdə iştirak etdiyi vurğulanıb.

Ukrayna Təhlükəsizlik Xidməti müəyyən etdiyi və Orxan Camalın öldürüldüyü gün MAR-da olan 10 şəxsin siyahısını tirajlayıb:

REKLAM

 

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.

Reaksiya.az

 

Şərhlər