Ankara: Netanyahu Suriyanı parçalamaq istəyir

24.12.2018 16:26     Dünyadan reaksiya     749

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail baş naziri Binyamin Netanyahunu kürd faktorundan istifadə etməklə Suriyanı parlaçamaqda ittiham edib.

Bu haqda Türkiyə KİV-də məlumat yayılıb.

“Son günlər Netanyahu çox narahatdır, çünki o, terrorçuların köməyilə Suriyanı parçalamaq istəyirdi, ancaq indi özü də gördü ki, bu planları gerçəkləşməyəcək. Bildiyiniz kimi, İsrail bizim prezidenti şərləməyə başlayıb”, - deyə Çavuşoğlu NTV telekanalının efirində bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, Ankara Netanyahunun PKK-ya qarşı simpatiya bəslədiyini görür.

Bundan əvvəl İstanbulda keçirilən bazar günü mitinqində Ərdoğan Netanyahunun “şər toxumları əkdiyini və dövlət terrorçuluğu ilə məşğul olduğunu bildirmiş və İsraili insanlığa qarşı törədilən cinayətlərə görə cavabdehliyi öz üzərinə götürməyə çağırmışdı.

Reaksiya.az

Şərhlər