Yaponiyalı siyasətçi Tokionu Rusiyaya güzəştə getməyə çağırdı
11.08.2015 13:32 Dünyadan reaksiya 1871
“Yaponiya sanksiyalarda Rusiyaya güzəştə getməklə Kuril adalarını qaytara bilər”. Reaksiya.Az-ın RİA Novosti”yə istinadən məlumatına görə, bu fikirləri“Sankei Shimbun” qəzetinə tanınmış yapon siyasətçisi Muneo Sudzuki bildirib. Müxtəlif öllərdə hökumət və parlamentdə təmsil olunmuş siyasətçi qeyd edib ki, Yaponiya Ukrayna məsələsində Qərbi dəstəkləməməli və G-7 sammitində sansksiyaların ləğvi tələbi ilə çıxış etməli idi. O,Tokionu Rusiyaya qarşı sanksiyalardan imtina etməyə və Rusiyaya müəyyən güzəştlərə gedərək, tədricən Kuril adalarını qaytarmaq barədə kompromisə gəlməyə çağırıb: “Biz inad etməklə heç nəyə nail olmayacağıq. Bu məsələdə Rusiyanı dəstəkləməklə, əvvəlcə iki adanı, tədricən isə digər adaları geri qaytara bilərik”. Qeyd edək ki, Kuril adaları II Dünya Müharibəsindən sonra beynəlxalq aləmdə Rusiya ərazisi kimi tanınır, lakin Yaponiya bu adalara iddiasından əl çəkməyib.
Şərhlər