Qazaxıstan və Qırğızıstan prezidentləri tədbir keçirəcəklər

11.08.2015 13:46     Dünyadan reaksiya     2326

Reaksiya.az kaztr.com saytına istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin mətbuat katibi Janar Akayevanın məlumatına görə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları Qazaxıstan və Qırğızıstan sərhəd keçid məntəqələrinin ləğv olunması mərasimində iştirak edəcəklər.
Bununla yanaşı, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Issıq Gölü ziyarəti əsnasında iki ölkə dövlət başçılarının bir araya gəlməsi gözlənilir.
Nursultan Nazarbayevin Issık Göl ziyarətinin qeyri-rəsmi formatda reallaşacağı öyrənildi.
Xatırladaq ki, 5 avqustda Qazaxıstan tərəfi Qırğızistannın Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlük konvensiyasını rəsmi olaraq təsdiqləmişdi.

Şərhlər

Çox oxunanlar