Dağlıq Qarabağ separatçılarından biri ABŞ-a qaçıb

15.01.2019 12:34     Dünyadan reaksiya     769

 Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyan (Şmays) ailəsi ilə birlikdə ABŞ-a qaçıb.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, o, bir daha ölkəsinə qayıtmayacaq və ABŞ-da daimi yaşayacaq.

A.Movsisyan bildirib ki, onun Ermənistanda 1,5 milyon dollar həcmində kredit borcu var: “Bu borcu bağlamaq üçün mənə məxsus olan bazarı, şadlıq sarayımı satışa çıxarmışam”.

Amma keçmiş deputatın daşınmaz əmlakı hələ də satılmayıb. Qəzet yazıb ki, A.Movsisyan kredit öhdəliyini yerinə yetirməmək üçün ABŞ-a qaçıb.

Qeyd edək ki, A.Movsisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında iştirak edib. O, 1966-cı ildə Eçmiadzin şəhərində anadan olub. Bədən tərbiyəsi və hərbi hazırlıq üzrə Xankəndidə ali təhsil alıb. 2004-2007-ci illərdə o vaxtkı hakim Respublikaçılar Partiyasından deputat olub. 2007-ci ilin mayında yenidən eyni siyasi partiyanın siyahısından deputat seçilib. Parlamentin Müdafiə, milli təhlükəsizlik və daxili işlər məsələləri üzrə daimi komissiyasının üzvü olub.

Reaksiya.az

Şərhlər