"ABŞ sizi xilas edə bilməyəcək" - İŞİD-dən təhdid

11.08.2015 14:36     Dünyadan reaksiya     2246

Terror təşkilatı İŞİD sosial media üzərindən bir daha Türkiyəni hədələdi.

Reaksiya.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, təşkilat təhdid mesajında "İntihar hücumlarımızın hədəfi olmaq istəmirsinizsə, açılan əlinizi bu müharibədən çəkin. Sonra oturub ağlamayın" ifadələrini istifadə edib.

İŞİD Türkiyənin özlərinə qarşı əməliyyata başlaması və ABŞ-ın hava bombardmanı üçün İncirlik bazasını istifadə etməsinə icazə verməsinə təhdidlə qarşılıq verdi. Təşkilat türkcə nəşr edən Darülhilafe adlı saytda bu mesajı bölüşüb:

"İŞİD-in bomba yüklü yük maşınlarının hədəfi olmaq istəmirsinizsə, açılan əlinizi bu müharibədən çəkin. O güvəndiyiniz ABŞ sizi xilas edə bilməyəcək. Sabah İslam Dövləti sizə hücum edəndə, qəflətən bir bomba partlatdıqda oturub ağlamayın. Bunu siz istəyirsiniz".

 

Şərhlər