Ərdoğandan Maduroya: "Qardaşım, möhkəm dayan!"
24.01.2019 12:55 Dünyadan reaksiya 751
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın parlamentin spikeri Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımaq qərarı fonunda Nikolas Maduroya dəstək verib.
Axar.az xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat katibi İbrahim Qalın Tvitter hesabında yazıb.
“Bizim prezidentimiz Venesuela rəhbəri Maduroya zəng edib, Türkiyə tərəfinin dəstəyini qeyd edərək deyib: "Qardaşım Maduro, möhkəm dayan, biz səninləyik!"
Türkiyə öz liderinin rəhbərliyi ilə çevriliş cəhdlərinə qarşı prinsipial mövqeyini qoruyacaq”, - Qalın bildirib.
Şərhlər