Saakaşvili 72 saata Gürcüstanda hakimiyyəti dəyişəcəyini vəd etdi

28.01.2019 13:19     Dünyadan reaksiya     846

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana qayıtmağa və orada hakimiyyəti dəyişməyə söz verib. Virtualaz.org xəbər verir ki, bu barədə o, “Rustavi 2” telekanalına müsahibəsində deyib.

Saakaşvilinin sözlərinə görə, “Gürcüstanın fəal hissəsinin və müxalifətin” ona ölkə ərazisində 72 saat maneəsiz hərəkət etməsinə şərait yarada biləcəkləri təqdirdə vətənə dönəcək.

“Bu, hakimiyyətin dinc yolla devrilməsi ssenarisidir”, - o əlavə edib.

Keçmiş Gürcüstan lideri Gürcüstanda hakimiyyətdə olan komandanın qurucusu Bidzina İvanişvili ilə mübarizəsindən də danışıb. O, Gürcüstan hakimiyyətini “həkimləri dəlixanada həbs etmiş dəlilərə” bənzədib və vurğulayıb ki, onları “faciəsiz, zor tətbiq etmədən və qurban vermədən neytrallaşdırmaq” lazımdır.

Reaksiya.az

Şərhlər