Mnatsakanyan: Qarabağla bağlı gizli razılaşmamız...
28.01.2019 13:48 Dünyadan reaksiya 853
Qarabağla bağlı məxfi razılaşma yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.
“Sizin bilməməniz gərəkən heç nə yoxdur. Bizim üçün vacib məsələlər ətrafında dialoq gedir. Məni bizim nəsə itirməyimiz və ya güzəştə getməyimizlə bağlı cəmiyyətdə olan danışıqlar təəccübləndirir. Belə əhval-ruhiyyə haradandır? Bizim mövqeyimizdə heç bir güzəşt yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, İrəvan üçün hələ də Qarabağ danışıqlarında əsas məsələ status və təhlükəsizlik məsələsidir.
O, xalqların və cəmiyyətlərin sülhə hazırlanması haqqında tezisin yeni bir şey olmadığını da deyib. Mnatsakanyan sülhə hazırlıqla bağlı bir neçə variantın mövcudluğunu, amma dəqiq formulun olmadığı bildirilib.
Ermənistan XİN rəhbəri qondarma rejimin sülh danışıqlarına cəlb edilməsiylə bağlı İrəvanın fəaliyyətini davam etdirdiyini deyib:
“Əgər nəsə dərhal alınmırsa, bu, unutduğumuz anlamına gəlmir. Bu, bizim üçün praktik məsələdir. 20 ildir danışıqlar bu yolla gedir”.
Mnatsakanyan Qarabağda sülhə alternativin olmadığını deyib.
Şərhlər