Miyatoviç “qisas çağırış”ı etdi – Nikolun cavabı təəccüb yaratdı
31.01.2019 12:52 Dünyadan reaksiya 777
Avropa Şurası İnsan Haqları üzrə komissarı Dunya Miyatoviçin 2018-ci ilin sentyabrında Ermənistana etdiyi səfərin nəticələri ilə bağlı yaydığı hesabata və İrəvana çağırışına Ermənistan Baş naziri Paşinyan cavab verib.
Hesabatın yayılmasından bir neçə gün keçməsinə baxmayaraq, N.Paşinyan mətnlə tanış olmadığını deyib.
“Mən şəxsən Avropa Şurası İnsan Haqları üzrə komissarının hesabatını oxumamışam, ona görə də heç nəyi şərh edə bilməyəcəm”, - deyə Paşinyan bu yöndən verilən suala cavabı ilə jurnalistləri təəccübləndirib. O hətta bildirib ki, Miyatoviçin hazırladığı hesabatda “belə bir bəndin” (qisas alınmaması – red.) yer almasına “şübhə edir”.
Qeyd edək ki, hesabatda əsas diqqət insan haqları, gender bərabərliyi, ailədaxili şiddət məsələsinə ayrılıb. Sənəddə qadınların əvvəlki kimi qərarların qəbulu prosesində az təmsil olunduğu (hökumətdə təmsilçilik baxımından – red.) vurğulanıb.
Komisar Miyatoviç hazırladığı hesabatda özəlliklə 2008-ci il mart hadisələrinin araşdırılmasının alqışlandığını, lakin bu zaman qanunun aliliyinin sərt şəkildə qorunması, məhkəmə hakimiyyətinin müstəqilliyi, məhkəmə çəkişmələrində ədalətə və şəffaflığa ehtiyac olduğu bildirilib. Hesabatda siyasi qisas alınmamasına da çağırış edilib.
Miyatoviç həmçinin Ermənistan hökumətini bütün şəxslərə qarşı “günahsızlıq prezumpsiyası”nı qorumağa, eləcə də qütbləşmə, provokasiya yaradacaq addımlardan qaçmağa səsləyib.(axar)
Şərhlər