Son dəqiqə: PKK-nın vəzifəli şəxsi saxlanıldı
02.02.2019 16:59 Dünyadan reaksiya 759
PKK-nın yüksək vəzifəli üzvlərindən Davud Bagestani saxlanılıb.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun üç nəfərlə birlikdə Adana şəhərində polis tərəfindən saxlanıldığı bildirilir.
Bagestaninin saxlanıldığı yerdə ona aid 6 mobil telefon və elektron avadanlıqlar aşkarlanaraq götürülüb.
Qeyd edək ki, D.Bagestaninin Adana və Mərsin şəhərlərində “Canbulut Turgay” adlı saxta adla təşkilat üçün işlədiyi bildirilir.
O həmçinin İsrail-Kürd İnstitutunun rəhbəridir. İsraildə nəşr etdiyi jurnallarda təşkilatın təbliğatını aparıb.
Hazırda D.Bagestani və onunla birlikdə saxlanılan üç nəfər ifadə verirlər.
Şərhlər