İŞİD problemi Moskvada müzakirə edildi
11.08.2015 17:12 Dünyadan reaksiya 1385
Moskvada Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi İŞİD-ə qarşı koalisiya planını Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr müzakirə edib.
Putin İŞİD-lə mübarizə planını təqdim edib.
Görüşdən sonra keçirilən mətbuat konfransında danışan Lavrov qeyd edib ki, prezident Putinin təşəbbüsü ilə hazırlanan planla bağlı bir neçə layihə tamamlanıb, ancaq üzərində işləməyə davam etmək lazımdır.
İŞİD və digər terror təşkilatlarının yaratdığı təhdidə qarşı mübarizədə Səudiyyə Ərəbistanı ilə həmrəyliyin tərəfdarı olduqlarını qeyd edən Lavrov regiondakı vəziyyətin həm Moskva, həm də Səudiyyə Ərəbistanı üçün böyük təhdid daşıdığını vurğulayıb.
Lavrov Suriya və İraqdakı İŞİD nüfuzunu nizamlamaq üçün regionda söz sahibi olan beynəlxalq qüvvələrə gücləri birləşdirməyi təklif edib.
Putinin planının mərkəzində Bağdad və Dəməşq hökümətləri ilə kürd qüvvələri dayanır.
Putin planda İŞİD-i zərərsizləşdirmək üçün Suriya və İraq qoşunları ilə kürd qüvvələri və digər region ölkələrinin də daxil olduğu "yeni beynəlxalq koalisiya” yaratmağı nəzərdə tutur.
Yəni Rusiyanın planı İŞİD əleyhinə koalisiyanın bel sümüyünə, bölgənin əsas qüvvələri olan Bağdad və Dəməşq hökümətləri ilə Kürd qüvvələrini yerləşdirməkdir.
Əsəd məsələsində fikir ayrılığı davam edir.
Lavrov Suriya Prezidenti Bəşər Əsədin gələcəyinə suriyalıların özünün qərar verməsinin lazım olduğunu söyləyib. Əsəd məsələsində Səudiyyə Ərəbistanı ilə fərqli düşündüklərini qeyd edən nazir, Əsədin gələcəyinin Suriya iqtidarı ilə müxalifəti arasında təşkil ediləcək yeni görüşlərdən sonra bəlli olacağını bildirib.
Şərhlər