Trampdan şok açıqlamalar: Şimali Koreya ilə müharibə, İrana sərt sanksiya, İŞİD-ə zərbə
06.02.2019 13:20 Dünyadan reaksiya 878
ABŞ prezidenti Donald Tramp Konqresdə "Birliyin vəziyyəti” çıxışını edib.
1 saat 22 dəqiqəlik çıxışda prezident Suriyada İŞİD terror təşkilatının qalıqlarını yox etmək üçün müttəfiqləri ilə birlikdə işlədiklərini və döyüşçülərinin artıq evlərinə qayıtmaq vaxtının gəldiyini deyib.
Tramp bildirib ki, Əfqanıstanda siyasi həll yoluna çatmaq üçün müzakirələr sürətləndirilib. Taliban da daxil olmaqla, Əfqanıstandakı bütün qruplarla görüşlər keçirilir.
Şimali Koreya
ABŞ prezidenti Koreya yarımadasında diplomatik həll yolu üçün ciddi şəkildə çalışdıqlarını və artıq nəticələr əldə etməyə başladıqlarını da əlavə edib: "Əsirlərimiz evə qayıtdı, nüvə silahlarının sınaqları dayandı və 15 aydır ki, yeni sınaq keçirilmədi. Əgər mən prezident olmasaydım, Şimali Koreya ilə müharibə aparırdıq. Şimali Koreya lideri ilə 27-28 fevralda Vyetnamda görüşəcəyik”.
İrana xəbərdarlıq
Çıxışında İran mövzusuna da toxunan Tramp "Mənim hökumətim dünyanın terrora ən çox dəstək verən ölkəsi İranla üzləşməkdə də qətiyyətli davrandı. Bu diktatorluğun heç zaman nüvə silahına sahib olmaması üçün ABŞ-ı fəlakət bir razılaşmadan çəkdim. Ardınca bu günə qədərki sərt sanksiyaları tətbiq etdik”./publika.az
Şərhlər