66 illik müharibəni dayandırmaq mümkün olacaqmı? - Gözlər bu TARİXƏ DİKİLDİ
06.02.2019 13:24 Dünyadan reaksiya 832
ABŞ və Koreya Xalq Demokratik Respublikasının (KXDR) qarşıdakı sammiti iki ölkənin barışığına yeni impuls verə bilər, hərçənd Amerika isteblişmentinin bir hissəsi bu barışığa heç bir ehtiyac görmür.
Bu haqda “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Koreya və Monqolustan şöbəsinin müdiri Aleksandr Vorontsov bildirib.
Çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan etdi ki, KXDR lideri Kim Çen Inla ikinci görüşü Vyetnamda 27-28 fevral tarixlərində olacaq.
İki səviyyəli siyasəti
“Sammit ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında münasibətlərin normallaşmasına və barışıq prosesinə əhəmiyyətli impuls verə bilər. Amma çox qeyri-müəyyənlik var, Vaşinqtonun Koreya Xalq Demokratik Respublikası barəsində siyasəti ən azı ikisəviyyəlidir”, - Vorontsov qeyd edib.
Onun sözlərinə görə, bir tərəfdə ABŞ prezidentinin kursu, digər tərəfdə isə isteblişmentin siyasəti mövcuddur:
“Amerika prezidenti pozitiv intonasiyalar, Koreya Xalq Demokratik Respublikası və şəxsən Kim Çen Inın ünvanına pozitiv fikirlər səsləndirir. Digər tərəfdən biz bilirik ki, başqa güclər tam denuklearizasiyaya çatmaq üçün sərt xətt və təzyiqin davam etdirilməsində təkid edirlər”.
ABŞ və KXDR-nin gözlərində denuklearizasiya
ABŞ və KXDR-in birinci sammiti 2018-ci il iyunun 12-də Sinqapurda keçirilib. ABŞ Pxenyana təhlükəsizlik zəmanəti verməyi öhdəsinə götürdü, Pxenyan isə öz növbəsində, Koreya yarımadasının tam denuklearizasiyasına möhkəm sədaqətini təsdiq etdi.
İstisna edilmir ki, Vaşinqton və Pxenyanın nəzərində Koreya yarımadasının “denuklearizasiya” sözü müxtəlif mənalar kəsb edir. ABŞ ehtimal ki, bu ifadə ilə KXDR-in nüvə proqramı və nüvə silahlarının tamamilə aradan qaldırılmasını nəzərdə tutur, Pxenyanda isə bundan başqa, Amerikanın bütün nüvə strateji güclərinin regiondan çıxarılmasını nəzərdə tuta bilər.
“Kim Çen In son yeni il müraciətində yalnız Amerika-Cənubi Koreya manevrləri keçirməməyi deyil, həm də Cənubi Koreyaya yeni Amerika silahlalarının yerləşdirilməməsini tələb etdi. Amma şimal sakinlərində ehtiyat variant əhəmiyyətli dərəcədə daha genişdir, bu Koreya Xalq Demokratik Respublikası üçün təhlükə yaradan nüvə vasitələrinin həm Cənubi Koreya, həmçinin Yaponiyadan çıxarılmasıdır. Bu tələb isə ABŞ üçün qəbuledilməzdir”, - ekspert vurğulayıb.
Tramp müharibə vəziyyətini dayandıra biləcəkmi?
Vorontsovun sözlərinə görə, Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton hesab edir ki, ABŞ ümumiyyətlə, KXDR qarşısında hansısa bir yazılı öhdəlikləri verməməlidir. Ancaq mümkündür ki, Tramp 1950-1953-cü illər Koreya müharibəsinin formal sonu haqqında bəyannamənin imzalanmasına razılaşacaq.
Pxenyan əvəzində Birləşmiş Ştatlara yoxlamaların keçirilməsi üçün öz nüvə obyektlərinin siyahısını verə bilər. Əgər razılıqlar işləyərə, bu, KXDR və Cənubi Koreya arasında əməkdaşlıq layihələrinin inkişafı üçün imkan verəcək.
“Belə, Amerika isteblişmentinin bir hissəsi gözləyir ki, Tramp Koreya yarımadası üzrə layihələrin inkişafı üçün Pxenyanın sanksiyaların altından çıxarılmasına gedəcək, şimal sakinləri müharibənin başa çatması haqqında bəyannaməni imzalamaqla nüvə bəyannaməsini verməyə razılaşacaqlar və xarici ekspertləri ölkəyə buraxacaqlar”, - Vorontsov güman edir.
Kimin Vaşinqtona səfər imkanına gəlincə, ekspert bunu bugünkü günün məsələsi hesab etmir.
“İsteblişment hazır deyil, bunu istəmir, çünki, ehtiyat edir ki, belə səfər Amerika-Cənubi Koreya hərbi ittifaqını partladacaq. Ancaq Tramp Cənubi Koreya ilə birgə hərbi manevrlərin ixtisarına razılaşa bilər, hərçənd isteblişment buna qarşı çıxacaq” - politoloq olduqca ziddiyyətli vəziyyəti aydınlaşdırır.
Vorontsov əmindir ki, Trampın gözlənilməzliyi öz rolunu oynaya bilər.
Sammit Kimin Seula yolunu açacaqmı?
Ekspert qeyd edib ki, ikinci ABŞ-KXDR sammiti müvəffəqiyyətli olarsa, bu, Şimali Koreya liderinin Seula səfər şanslarını yüksəldəcək.
“Aydındır ki, Tramp Koreyada hansısa bir layihələrin reallaşdırmasına imkan verəcək”, - ekspert hesab edir.
Bununla belə, o, vəziyyətin başqa inkişaf yolunu da istisna etmir.
“Belə alına bilər ki, əgər Amerika-Şimali Koreya sammitində heç bir razılıq əldə olunmasa, Kim Çen In Seula getməyəcək. Burada hər şey ondan asılı olacaq ki, Cənubi Koreya prezidenti Mun Çje İn nə qədər sərbəst və Vaşinqtondan işarəsiz hərəkət edəcək”, - Vorontsov deyib.(publika)
Şərhlər