Kürd silahlılarına qarşı hava zərbələri endirildi

11.08.2015 16:48     Dünyadan reaksiya     1178

Türkiyə gecə boyu cənub-şərqdəki kürd silahlıları hədəflərinə bir neçə hava hücumu təşkil edib/

Reaksiya.az xəbər verir ki, hədəflər İran və İraqla sərhəddəki Hakkari əyalətində olub.

Türkiyə son həftələr ərzində ordu ilə PKK-dan olan kürd separatçıları arasında artan zorakılığın şahidi olub.

Hava zərbələri, təhlükəsizlik qüvvələrinə son hücumlar nəticəsində doqquz nəfərin həlak olmasından sonra həyata keçirilib.

Silahlı qruplaşma ilə uzun sürən atəşkəs iyul ayında, Türkiyənin İraqın şimalındakı PKK düşərgələrini bombalaması ilə pozulub. Türkiyə eyni zamanda Suriyadakı İslam Dövləti (İD) qruplaşmasına qarşı da hücumlar təşkil edib.

Bəziləri PKK-dən olan kürd döyüşçülər, Suriya və İraqdakı İD üzərində əhəmiyyətli qələbələr qazanıb.

Lakin PKK Türkiyəni İD-ə qarşı kampaniyadan onlara hücum etmək üçün istifadə etdiyini iddia edir. Türkiyə isə bunu inkar edir.

Bir çox Qərb ölkəsi kimi, Türkiyə də PKK-nı terrorçu təşkilat hesab edir.

Şərhlər