Rusiya "Poseydon"ları NATO-nun mövcudluğuna təhdiddir
13.02.2019 13:55 Dünyadan reaksiya 1025
Rusiya Müdafiə Nazirliyi dörd atom sualtı qayığında yerləşdirilməklə cəmi 32 "Poseydon" sifariş verib
Rusiyanın "Poseydon" strateji sualtı aparatının əsl məqsədi NATO-nu hərbi alyans kimi dağıtmaqdır. Bu barədə Sputnik Azərbaycan "Business Insider"-ə istinadən xəbər verir.
Qeyd edək ki, bu aparatlar nüvə yanacağı ilə işləyən mühərriklə təchiz olunub, güclü nüvə başlığı daşıya bilir və okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə, manevrlər etməklə hədəfə doğru irəliləyir. Hazırda dünyada heç bir sualtı torpedo bu cür yüksək sürətə malik deyil. Rusiya Müdafiə Nazirliyi dörd atom sualtı qayığında yerləşdirilməklə cəmi 32 "Poseydon" sifariş verib.
Şərhlər