Hindistan 100 saata qisas aldı - Terror təşkilatı tam məhv edildi
19.02.2019 12:39 Dünyadan reaksiya 1027
Hindistan ordusu 100 saat ərzində Cammu və Kəşmir ştatının şimalındakı "Ceyş ül Məhəmməd" terror təşkilatının liderlərini tam olaraq məhv edib.
Bunu jurnalistlərə açıqlamasında Hindistan ordusunun rəsmi nümayəndəsi general-leytenant Kanval Cit Dxillon deyib. O bu terror təşkilatının tam olaraq Pakistanın nəzarətində olduğunu bildirib.
Dxillon Kəşmirdəki bütün terror təşkilatlarını silahı yerə atmağa çağırıb, əks təqdirdə bütün terrorçuların məhv ediləcəyini deyib.
Qeyd edək ki, terror təşkilatı bundan öncə Hindistan ordusunun bölmələrinə qarşı terror aktı təşkil edib. Terakt nəticəsində 45 nəfər həlak olub.(axaxr)
Şərhlər