Putin Kalaşnikovu İrəvana buna görə göndərib

20.02.2019 14:25     Dünyadan reaksiya     799

Ermənistanda səfərdə olan Rusiya Dumasının MDB, Avrasiya və Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun rəhbərlik etdiyi nümayəndə heyəti İrəvanda yalnız parlament təmsilçiləri və parlamentdən kənarda olan bir neçə partiya nümayəndələri ilə görüş keçirib.

Bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Mənbəmizin bildirdiyinə görə, bu, Rusiya nümayəndə heyətinin tanışlıq səfəridir. Onlar anlamaq istəyirlər ki, bundan sonra iş görəcəkləri parlament necə işləyəcək. Üstəlik, rusiyalı parlamentarilər Mənim Addımım Blokunun nümayəndələri ilə görüşdən sonra çaşqınlıq içində qalıblar. Belə ki, parlamentdə üstünlük təşkil edən fraksiya hələ də Rusiya-Ermənistan Parlamentlərarası Komissiyaya rəhbər təyin edə bilməyib. Üstəlik, onlar parlamentlərarası əməkdaşlıqla bağlı qeyri-müəyyən fikirlərə sahibdirlər. Bununla bərabər bəzi parlamentarilərin müəyyən dil problemləri də var”, – deyə o bildirib.

Xəbərdə görüş zamanı nümayəndə heyətinin yalnız İşıqlı Ermənistan fraksiyasının nümayəndələrindən razı qaldığı vurğulanıb.

Nümayəndə heyəti parlamentə düşməyən partiyalardan yalnız Respublikaçılar və Daşnaksütyunla görüşüb.

Reaksiya.az

Şərhlər