Ukrayna və Rusiya arasındakı münaqişəyə dərindən baxmaq lazımdır
11.08.2015 18:19 Dünyadan reaksiya 1955
Bu gün Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər intensivləşdiyi bir vaxtda ölkə prezidenti xarici işlər nazirinə baş qaldıran zorakılıqlar haqda alman, fransız və rus həmkarları ilə təcili danışıqlar aparmaq göstərişi verib.
“Reaksiya.az” xəbər verir ki, Ukrayna prezidentinin internet səhifəsində deyilir ki, 200-ə yaxın separatçı tanklardan istifadə edərək Novolaspa kəndinə hücuma keçib. Kənd hökumətin nəzarətində olan Mariupol şəhəri ilə separatçıların istehkamı olan Donetsk arasında yerləşir.
Ukrayna hərbi qərargah rəisi Viktor Mujenko prezident Pyotr Poroşenkoya deyib ki, hücumun qarşısı alınıb. Ancaq son məlumatlara görə, daha sonra hökumət qüvvələri kənddən çıxmalı olub.
Poroşenkonun Twitter vasitəsilə bildirdiyinə görə, o, xarici işlər naziri Pavlo Klimkinə Almaniya, Fransa və Rusiya xarici işlər nazirləri ilə təcili danışıqlar aparmaq tapşırığı verib.
Lakin ABŞ məsələyə sadalanan ölkələrdən daha tez reaksiya verib və bu dəfə də Rusiyanı ittiham edib. Vaşinqtonda Dövlət departamenti nümayəndəsi Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın şərqində hücumların çoxalmasında “dərin narahatlıq” hissi keçirir. Öz müraciətində o 3 ukraynalının ölümü və 35 yaralı barədə məlumat verib.
Con Kirbi həmçinin qeyd edib ki, Rusiya və onun dəstəklədiyi separatçılar eyni zamanda sülh və müharibə barədə danışa bilməzlər. Əgər onlar sülh istəyirlərsə Minskdə danışıldığı kimi tam şəkildə atəşi dayandırsınlar.
BMT-nin hesabatına əsasən 2014-cü ilin aprel ayında münaqişənin başlamasından bu yana Donbasda hərbi toqquşmaların hamısında 6500 insan həyatını itirib.
Mövcud vəziyyəti şərh etmək üçün Cihan Xəbər Agentliyinin Moskvadakı xüsusi müxbiri Fuad Səfərova müraciət etdik.
O, Ukrayna Rusiya arasındakı gərginliyi belə qiymətləndirdi:
“Ukrayna və Rusiya arasındakı münaqişəyə daha dərin baxmaq lazımdır. Bu oyunu Rusiya yox, Qərb başladıb. SSRİ dağılarkən Qərb Moskvaya vəd vermişdi ki, NATO Şərqə doğru genişlənməyəcək. Amma verdikləri sözü tuitmadılar. Gürcüstan həmçinin, Ukraynanı da bu məsələyə qatmaq istəyirdi. Ukrayna keçmiş prezidenti Viktor Yuşçenkoya Moskvadakı mətbuat konfransında Rusiya Prezidenti Putin sual üzrəində xəbərdarlıq etmişdi: "Krımda, tarixi Rusiya şəhəri olan Sevastopolda NATO gəmilərini tesevvür etmək qeyri mümkündür". Təəssüf ki, Ukrayna bu mesajı, həmçinin də Gürcüstan faktorunu diqqətə almadılar. Və Rusiyaya qarşı oyun oynandı. Rusiya və təcrübəli siyasi lider Putinin yerində kim olsaydı, eyni addımı atardı”.
Şərhlər