Rusiya Krımda nüvə silahı yerləşdirir - Poroşenko Nyu-Yorkdan səsləndi

21.02.2019 12:42     Dünyadan reaksiya     826

Rusiyanın Krıma nüvə silahı yerləşdirməsi ehtimalı gözdən qaçırılmamalıdır. Onsuz da Krımda bunun üçün müvafiq infrastruktur mövcud idi, Rusiya son 5 ildə bu infrastrukturu təzələmək üçün işlər aparıb. Eyni zamanda Qara dənizə kifayət qədər hərbi güc toplayıb.

Bu sözləri Ukrayna prezidenti Petro Poroşenko deyib.

BMT-də Ukrayna mövzusu haqda müzakirədə iştirak edən prezident Poroşenko əlavə edib ki, Ukraynanın şərqində yaşanan böhran hazırda Avropada ən uzun müddətli qarşıdurmadır, 5 ildir Ukrayna xalqı qaynar qarşıdurmalar ocağında yaşayır.

Rusiyanın başladığı müharibəni başa çatdırmaq niyyəti olmadığını söyləyən Ukrayna prezidentinin sözlərinə görə, indiyə qədər qarşıdurmada 13 min insan ölüb, 28 mindən çoxu isə yaralanıb.

Ukrayna lideri həmçinin Azov dənizində baş verən insidentə görə Rusiyanın həbs etdiyi 24 ukraynalı əsgəri azad etmədiyini xatırladaraq BMT baş katibindən Kremlə təzyiq göstərməyi tələb edib.

Prezident Poroşenko çıxışı zamanı Rusiyanı hibrid müharibəsi aparmaqda da ittiham edib. O, deyib ki, Rusiya Ukrayna dövlət strukturlarına kiber hücumlar həyata keçirir.

 

Şərhlər