Paşinyan yenə erməniləri meydana yığır, xalqa xüsusi müraciət edəcək

21.02.2019 12:47     Dünyadan reaksiya     770

Yürüş martın 1-i saat 18:30-da başlayacaq. Baş nazir hamını Azadlıq meydanına gəlməyi dəvət edib

Ermənistan baş naziri Nikol Paşinyan 1-2 mart 2008-ci il tarixində baş verən hadisələrlə bağlı bu ilin martın 1-də Yerevanda yürüş təşkil edəcək. Bu barədə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Paşinyan vurğulayıb ki, müzakirələr nəticəsində həmin gün Azadlıq meydanından Myasnikyanın heykəlinə qədər geniş miqyaslı yürüş keçirilməsi barədə qərar qəbul edib.

"Yürüş Ermənistan vətəndaşının qələbəsinə, yürüş zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiya və qanunsuzluğa qarşı olacaq. Yürüş xalqın və onun hakimiyyətinin qələbəsinin dönməzliyini göstərəcək” – deyə Paşinyan bildirib..

Yürüş martın 1-i saat 18:30-da başlayacaq. Baş nazir hamını Azadlıq meydanına gəlməyi dəvət edib. Elə həmin gün Paşinyan xalqa xüsusi müraciət edəcək.

Qeyd edək ki, 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi ilə müxalifət seçkilərin nəticələrinə etiraz edərək uzun müddət etiraz aksiyası keçirib. Bir neçə gün davam edən aksiyalar 1-2 mart tarixlərində etirazçılar və hüquq mühafizə orqanları əməkdaşları arasında qarşıdurmaya çevrilib. Nəticədə 10 nəfər ölüb.(sputnik)

Reaksiya.az

Şərhlər