ABŞ 500 milyon dollarlıq "müxalif" ordusundan imtina etdi
11.08.2015 21:36 Dünyadan reaksiya 2154
ABŞ-ın Suriyada 500 milyon dollarlıq "müxalif" ordusu qurma planından vaz keçdiyini irəli sürülüb. Obamanın ordunu istədiyi, ancaq Pentaqonun buna qarşı olduğu ifadə edilib.
Reaksiya.az “The Daily Beast” qəzetinə istinadən xəbər verir ki, ABŞ, Suriyada 500 milyon dollarlıq müxalif ordusu qurma planından vaz keçib. Xəbərə qaynaq kimi Pentaqon rəsmiləri göstərilib, ABŞ prezidenti Barak Obamanın ordunu istədiyi, ancaq Pentaqonun buna etiraz etdiyi qeyd olunub.
ABŞ tərəfindən daha əvvəl təlim-təchiz fəaliyyəti 60 – a kimi "müxalif" yetişdirilmiş, ancaq bunlar Əl Nüsra Cəbhəsi hücumları nəticəsində öz funksiyasını itirmişdi.
“The Daily Beast”ə açıqlama verən insanlar təlim-təchiz proqramının müvəffəqiyyətsiz olduğunu, hazırdakı təhsillərin də mənasının olmadığını bildirir.
Xəbərdə ABŞ-ın daha yetkin və qabiliyyətli bir güc kimi YPG – ni seçdiyi və 11 kəndi IŞİD –dən xilas edən YPG – dən istifadə etdiyi də önə sürülür.
Şərhlər