“ABŞ-dan, İsraildən qorxan müsəlman ölkələr Fələstinə təzyiq edirlər” – Çavuşoğlu

04.03.2019 17:34     Dünyadan reaksiya     786

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və dünya gündəmində olan hadisələrlə bağlı şərh verib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu Yaxın Şərqdəki bəzi müsəlman ölkələrinin liderlərini tənqid edərək, Amerikadan, İsraildən qorxan müsəlman ölkələrin fələstinlilərə “Siz də səsinizi çox çıxarmayın” deyərək təzyiq etdiyini qeyd edib.

“Qüds kimi müqəddəs mübarizəyə biz də olmasa, kimsə sahib çıxmaz, bunu unutmayın. Amerikadan, İsraildən qorxan müsəlman ölkələrin əsməyə başladığını görürük. Hətta fələstinlilərə “Siz də səsinizi çox çıxarmayın” deyərək təzyiq edən ölkələr də var. Müsəlman ölkədən danışıram, Amerikadan danışmıram. Bunlar Qüdsə necə sahib çıxacaqlar? Keçən iki ildə islam sammitlərində və BMT Baş Assambleyasında ABŞ və İsrailə qarşı əzici üstünlüklə qərar qəbul edərkən bu ölkələrin qorxaqlığını, ürkəkliyini gördük. İndi bunlar müstəqil deyil, amma biz müstəqil ölkəyik. Öz qərarlarımızı özümüz veririk”.

Reaksiya.az

Şərhlər