"Təhlükəsizlik zonası”nın yaradılması razılaşdırılıb
12.08.2015 00:34 Dünyadan reaksiya 1496
Təhlükəsizlik zonasının uzunluğu 98 km, eni isə 45 km təşkil edəcək və Suriya müxalifətinin “Azad Suriya Ordusu”nun dəstələri tərəfindən patrul ediləcək.
Türkiyə və ABŞ Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılmasını razılaşdırıblar. Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbərinin müavini Feridun Sinirlioğlu bildirib.
Məlumata görə, təhlükəsizlik zonasının uzunluğu 98 km, eni isə 45 km təşkil edəcək və “Azad Suriya Ordusu”nun dəstələri tərəfindən patrul ediləcək.
XİN rəhbərinin müavini qeyd edib ki, İŞİD yaxud PKK terrorçuları təhlükəsizlik zonasına soxulduqda ABŞ və Türkiyə hərbi qüvvələri dərhal onlara zərbələr endirəcək.
“Washington Post” Suriyadan Türkiyəyə qaçan iki milyonadək suriyalının “təhlükəsizlik zonası”nda yerləşdiriləcəyi barədə məlumat yayıb. Bundan başqa, nəşr qeyd edir ki, uğur əldə ediləcəyi təqdirdə Suriya müxalifətinin silahlı birləşmələri prezident Bəşər Əsədə tabe olan hökumət qoşunları ilə mübarizədə müəyyən üstünlüklər əldə edə biləcək.
Şərhlər