Moskva nüvə silahını nə vaxt tətbiq edəcəyini açıqladı
12.03.2019 12:50 Dünyadan reaksiya 823
Rusiya regional konfliktlərdə heç vaxt nüvə silahı tətbiq etməyəcək. Axar.az xəbər verir ki, bunu Karnegi Fondunda çıxışı zamanı Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O, Rusiyanın nüvə silahından yalnız ölkəyə təhdid olacağı halda istifadə edəcəyini bildirib:
“Rusiyanın nüvə zərbəsini ilk endirməklə bağlı heç bir konsepsiyası yoxdur. Rusiyanın hərbi doktrinasında nüvə silahının hansı şəraitdə tətbiqinə dair dəqiq şərt var. Bu şərtlərdən birincisi Rusiya hücumdur, ikincisi isə ölkənin varlığına təhdid yaranmasıdır”.
Şərhlər