NATO-dan Rusiyaya qarşı “3-dən 30-a” təşəbbüsü

15.03.2019 12:47     Dünyadan reaksiya     938

NATO Rusiya ilə sərhədə ordu toplayır.

Bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov deyib. Onun sözlərinə görə, Rusiya ilə sərhəddə NATO-nun sürətli reaksiya qüvvələrinin sayı 25 mindən 40 minə yüksəlib:

“Hazırda ABŞ-ın “3-dən 30-a” təşəbbüsü reallaşdırılır. Bu plana əsasən, 30 mexanikləşdirilmiş batalyon, 30 aviasiya eskadrilyası və 30 döyüş gəmisi 30 sutka ərazində hazır vəziyyətə gətirilməlidir”.

O, effektiv idarəçilik üçün alyansın şərq istiqamətində “Şimal” çoxmillətli diviziya qərargahı formalaşdırdığını deyib.

Popov NATO-nun Şərqi Avropadakı təlimlərinin açıq şəkildə antirusiya xarakterli olduğunu və onların sayının 2 dəfəyə qədər artırıldığını bildirib.

Reaksiya.az

Şərhlər