Yerevanda lombard işçilərinin növbəti etiraz aksiyası
27.03.2019 14:40 Dünyadan reaksiya 890
Ermənistanda lombard və valyutadəyişmə məntəqələrinin işçiləri hökumət binasının qarşısında yenidən etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunmasını tələb ediblər.
Bu qanunda dövlət rüsumu 60 dəfə, yaxud 6 000 faiz artırılıb.
Aksiya iştirakçıları əllərində “Bizi işsiz qoymayın!”, “Belə ölkə qurmaq olmaz!” kimi şüarlar yazılan plakatlar tutublar.
“Report” xatırladır ki, lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları Yerevanda martın 11-də də etiraz aksiyası keçirmişdilər.
Şərhlər