Çavuşoğlu Vaşinqtonda ABŞ-a meydan oxudu: "Mümkün deyil"
05.04.2019 14:36 Dünyadan reaksiya 777
Nazir: "S-400" zenit-raket kompleksləri NATO sistemləri, həmçinin "F-35" qırıcıları üçün heç bir təhdid olmayacaq
"Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınmasına dair müqaviləni ləğv etmək olmaz". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O vurğulayıb ki, Türkiyə ABŞ istehsalı olan "Patriot"ları almaq istəyir, lakin bunun üçün Rusiya ilə sazişdən imtina etmək istəmir.
Çavuşoğlunun sözlərinə görə, Ankara Vaşinqtona aşıq şəkildə bildirib ki, "məsələ artıq həll olunub" və " biz razılaşmanı ləğv edə bilmərik".
***
Türkiyə rəsmisi bildirib ki, ölkəsi Birləşmiş Ştatlardan "Patriot"lara dair yeni təklif alıb və onlar bununla bağlı danışıqlar aparacaqlar: "Əsl problem bundan ibarətdir. Hətta bu gün də Birləşmiş Ştatlar Türkiyəyə "Patriot"ların satılacağına dair zəmanət verə bilmir. Onlar bu sistemləri sabah verə bilərlərmi? Onlar buna zəmanət verə bilmirlər. Onda bizim tələbatımızı kim ödəyəcək?".
Çavuşoğlu vurğulayıb ki, "S-400" zenit-raket kompleksləri NATO sistemləri, həmçinin "F-35" qırıcıları üçün heç bir təhdid olmayacaq.
Onun sözlərinə görə, bu məsələ daha əvvəl Rusiya tərəfi ilə razılaşdırılıb.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.
"Hər şey razılaşdırılıb - kredit şərtlərindən tutmuş, birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.
***
Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə, amerikalı sözçü vurğulayıb.
Şərhlər