ABŞ-dan Türkiyəyə S-400-lərlə bağlı SƏRT XƏBƏRDARLIQ - Bu dəfə ÇOX PİS OLACAQ

08.04.2019 13:25     Dünyadan reaksiya     964

ABŞ mediası Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasının ağır nəticələrinin olacağı ilə bağlı növbəti iddia dərc edib.

Publika.az xəbər verir ki, “Amerikanın səsi” nəşrinin türkçə versiyasında Türkiyəyə qarşı növbəti təhdid kampaniyası başladılıb. Saytda “S-400 böhranı: Türkiyə iqtisadiyyatı böyük bir sarsıntı keçirəcək” başlıqlı məqalə dərc edilib. Daha sonra saytın sosial media hesabında həmin xəbər paylaşılıb və qeyd hissəsində Türkiyənin yenidən sərt sanksiyalara məruz qalması ilə bağlı ifadələr işlədilib.

Türkiyənin NATO-müttəfiqi olan ABŞ illərlə Ankaranın istədiyi silahları ona satmamaq üçün müxtəlif bəhanələr gətirdi. Türkiyə isə öz planlarını quraraq Rusiyadan silah almaq üçün hərəkətə keçdi. S-400 zenit raket kompleksinin satışı ilə bağlı razılaşmalar əldə edildikdən sonra Türkiyəyə “Patriot” satmaq istəyən ABŞ təzyiq və təhdidlərlə Rusiya ilə əldə edilən razılaşmanın ləğv edilməsini gözləyir. Ancaq rəsmi Ankara hər fürsətdə bu razılaşmaya sadiq qalacağını və qətiyyətini ortaya qoyur.

Reaksiya.az

Şərhlər