ABŞ-ın sanksiya siyasəti öz müttəfiqlərinin etirazına səbəb olur

11.04.2019 13:01     Dünyadan reaksiya     839

Rəsmi Berlin: Bu sanksiyaları tətbiq etməklə Birləşmiş Ştatlar beynəlxalq normaları pozur

Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbəri Mixale Harms bəyan edib ki, Birləşmiş Ştatların Rusiya ilə ticari əməkdaşlığı olan Avropa şirkətlərinə sanksiyalar tətbiq etməsi qanunsuzdur. Bu barədə Sputnik Azərbaycan OWC-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu sanksiyaları tətbiq etməklə Birləşmiş Ştatlar beynəlxalq normaları pozur. Harms, həmçinin əlavə edib ki, ABŞ-ın sanksiyaları yalnız Avropada öz iqtisadi maraqlarını qorumaqla bağlıdır.

Komitə rəhbəri qeyd edib ki, Avropa İttifaqı Birləşmiş Ştatların belə bir siyasəti qarşısında gücsüzdür.

Daha əvvəl yayılan məlumatda vurğulanırdı ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək niyyətindədir


Reaksiya.az

Şərhlər