İsraildə seçkinin yekunu: Nəticələr göstərir ki...
12.04.2019 13:02 Dünyadan reaksiya 873
İsraildə keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, indiki baş nazir Binyamin Netanyahunun lideri olduğu Likud Partiyası ən çox səs toplayaraq 36 deputat mandatı əldə edib.
Mavi-Ağ İttifaq isə 120 nəfərlik parlamentdə 35 deputat mandatı əldə edib.
Seçki komissiyası sabiq müdafiə naziri Aviqdor Libermanın lideri olduğu “İsrail Evimiz” Partiyasından parlamentə 5 nəfərin düşdüyünü açıqlayıb.
İsraildəki Ərəb İttifaqı parlamentdə 6 deputat yeri qazana bilib.
Seçkinin nəticələrinə əsasən aşırı sağ cinah parlamentdə 65 deputat mandatı ilə keçdiyi üçün hökumət qurmaq imkanları geniş hesab olunur.
Şərhlər