Yeddi ölkəyə embarqo tətbiq ediləcək
12.08.2015 11:08 Dünyadan reaksiya 2075
Rusiyanın baş nazirinin köməkçisi Arkadi Dvorkoviç Rusiyanın ərzaq embarqosu tətbiq etdiyi ölkələrə yenilərinin əlavə olunacağını deyib. Rusiyanın Kənd Təsərrüfatı nazirliyi embarqonun daha 7 ölkəyə tətbiq edilməsini təklif edib.
Rusiyaya qarşı sanksiya tətbiq edən bütün ölkələrin embarqo siyahısına salınması tərəfdarı olduqlarını bildirən Dvorkoviç bəzi detalları müəyyənləşdirdikdən sonra yaxın zamanlarda açıqlama verəcəklərini deyib. Rusiya Baş Naziri Dmitri Medvedev də iki həftə öncə verdiyi bəyanatda embarqo tətbiq edən ölkələrin sayının artacağını bildirib.
Buraya Çernoqoriya, Albaniya, İslandiya, Norveç, Ukrayna, Gürcüstan və Lixtenşteyn aiddir. Qeyd edək ki, iyunda Avropa Şurasının iclasında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların 31 yanvar 2016-cı ilə qədər uzadılıb.
Yuxarıda adları çəkilən 7 ölkə isə bu qərara yeni qoşulub. Rəsmi Kreml isə sanksiyalara qoşulan yeni ölkələrə adetkat cavab verərək Avropa İttifaqı ölkələrinə tətbiq etdiyi ərzaq embarqosunu 2016-cı ilin avqustuna qədər uzadıb
Şərhlər