BMT-dən ABŞ-a xəbərdarlıq - "Dinc etirazlara imkan yaratmaq lazımdır"
12.08.2015 11:15 Dünyadan reaksiya 2278
ABŞ-ın Ferqyuson şəhərində keçirilən aksiyalarda etirazçılara zor tətbiqi BMT tərəfindən narazılıqla qarşılanıb.
Reaksiya.Az-ın “Vz.ru”ya istinadən verdiyi məlumata görə, bu hadisələrlə bağlı BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik ABŞ rəhbərliyinə xəbərdarlıq edib.
O bildirib ki, insanlara narazılıqlarını dinc yolla bildirməyə imkan yaradılmalıdır.
“İnsanların dinc etirazlar keçirməyə imkanının olması vacibdir. Bununla yanaşı, o da vacibdir ki, hüquq-mühafizə orqanları insanları qorusunlar, amma onlara narazılıqlarını da bildirməyə imkan versinlər”.
Qeyd edək ki, Ferqyuson şəhərində polis tərəfindən öldürülmüş 18 yaşlı qaradərili gəncin ölümünün ildönümünü qeyd etmək istəyən insanların mitinqi polis tərəfindən zorakılıqla qarşılanıb.
Şərhlər