Ferqusonu yeni qarşıdurmalar dalğası bürüdü - VİDEO
12.08.2015 11:35 Dünyadan reaksiya 2146
Fövqəladə hal elan edilən Fergusonda etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında sərt qarşı durma baş verib. Reaksiya.az xəbər verir ki,yüzlərlə nümayişçi şəhərin mərkəzi küçəsinə axışaraq etiraz aksiyası keçirib. Onlar polis məmurlarına daş və buz dolu şüşələr atıb. Etirazçılar günün ən gərgin saatında Fergusonun çıxışında yerləşən 70-ci Highvay avtomagistralını bağlayıb. Avtomobillər insanları əzərək hərəkət edib. Hadisə yerinə gələn polislər 50 nəfəri saxlayıb.
ABŞ-da fövqəladə vəziyyət: 50 nəfər saxlandı
Qaradərili gənc Maykl Braunun öldürüldüyü gündən bir il keçib. Bu müddətdə Fergusonda rəhbərlik tamamilə dəyişib. Bələdiyyə sədri və polis rəisi qaradərilidir, qaydalara əməl olunmasına ABŞ Ədliyyə Nazirliyi nəzarət edir, amma şəhər sakinləri nəyinsə dəyişdiyini hiss etmir. Aksiya iştirakçılarından biri, "İndi vahid cəbhədə birləşərək ədalət tələb etməyin zamanıdır" deyib. Öldürülən Dontre Hamiltonun anası Mariya, "Heç bir səbəbi olmadan küçələrdə silahsız, ruh xəstəsi, məhkum uşaqlarımızı öldürürlər. Bunu dayandırmalıyıq" deyə insanlara müraciət edib. Anım günü qarşıdurmaya çevrildi Maykl Braunu anım günü olan avqustun 10-u keçirilən dinc aksiya polislə silahlı qarşıdurmaya çevrilib. Polis rəisi jurnalistlərə şəhərə əmin-amanlığın hakim olduğunu söyləmək istəyən zaman atəş açılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, atəş açan Maykl Braunun sinif yoldaşı 18 yaşlı Tyrone Harris olub. Polisin cavab atəşi nəticəsində yaralanan gənc ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Bu arada, Fergusonun prospekt və küçələrində üzərində nişanəsi olmayan uniforma geyinən silahlı adamlar gözə dəyib. Anda Sadiq Olanlar adlı qrupun üzvü olan bu ağdərililər əllərində silahlarla, qaradərililərin üstünlük təşkil etdiyi Fergusonda konstitusiyanı qorumaq və nizamı təmin etmək istədiklərini açıqlayıb. Qaradərili vətəndaşlardan biri bu hala etiraz edərək: "Siz, ağdərililər Konstitusiyanın 2-ci dəyişikliyindən istifadə edərək burada tüfənglə gəzirsiniz. Bizlərə isə burada dayanmaq və dinc aksiya hüququmuzu istifadə etmək də qadağandır. Bizləri qazla zəhərləyirlər, dəyənəklərlə döyürlər, həbs edirlər. Bu barədə nə düşünürsən?"- deyə sual verib. Anda Sadiq Olanlar qruplaşmasının üzvlərindən biri belə cavab verib: "Heç nə düşünmürəm. İlk günlərdə burada yox idim. Sizə necə davranıldığını bilmirəm". Polis silahlı ağdərililərin küçələrdə olmasından məmnun olmasa da, onları qovmağa da tələsmir. ABŞ Ədliyyə Nazirliyi də Ferguson polisinin istifadə etdiyi üsulların irqçi olduğunu qəbul edib. Arxivləri araşdıran nazirlik çox təəccüblənib. Həbs qərarlarının 96%-i qaradərililərin əleyhinə olub.
Şərhlər