Polşada hiddətləniblər: Paşinyan faşizmi qınamaqdan imtina etdi
02.09.2019 15:06 Dünyadan reaksiya 874
Polşada, bütün bəşəriyyət üçün kədərli olan tarix - II Dünya Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar tədbirlər başlayıb.
Virtualaz.org-un xüsusi müxbiri Zaur Rəsulzadə Varşavadan xəbər verir ki, tədbirlərdə Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
Ermənistan isə məmurlardan kimisə Varşavaya göndərməkdən imtina edib və bununla da Polşa tərəfinin hiddətinə səbəb olub.
Polşanın diplomatik mənbələrindən virtualaz.org-a məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ bir ay əvvəl tədbirlərdə iştirak edəcəyini təsdiqləyibmiş, ancaq mərasimlərdən bir neçə gün əvvəl erməni tərəfi nümayəndələrinin səfərini ləğv edib.
“Bu yaxınlarda Ermənistan rəsmilərindən birinin dilindən eşitdik ki, guya Yerevanda dəvəti almayıblar. Ancaq bu belə deyil - Varşava Şərq Tərəfdaşlığı ölkələrinin bütün liderlərinə yaddaqalan tarixdən altı ay əvvəl dəvətnamələr göndərib. Və Paşinyan özü Polşaya səfərini təsdiqləmişdi. Biz sadəcə Ermənistan rəhbərliyinin hərəkətlərini başa düşmürük”, - deyə həmin mənbə bildirib.
Yerevanın göstərdiyi hörmətsizliyə qarşı Varşavanın hansı tədbirləri görəcəyi ilə bağlı suala cavab olaraq, Polşa mənbələri diplomatiyada qarşılıqlı bir prinsipin olduğunu vurğulayıblar və bildiriblər ki, buna görə də Polşa rəsmi şəxslərinin Ermənistana nəzərdə tutulan səfərlərinə yenidən baxılacaq.
Şərhlər