Rusiyanın AŞPA-ya qayıtması ilə bağlı səsvermədə iştirak etməyən erməni deputat cəzalanacaq
05.09.2019 12:00 Dünyadan reaksiya 854
Rusiyanın AŞPA-ya qayıtması ilə bağlı iyunun 19-da keçirilən səsvermədə iştirak etməyən erməni deputat Ovanes İgityan Ermənistanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin tərkibindən çıxarılacaq. AZƏRTAC xəbər verir ki, bu iddia “Past” qəzetinin xəbərində yer alıb.
Qəzetdə dərc olunan xəbərdə qeyd olunur ki, həmin səsvermədə Ermənistan nümayəndə heyəti Rusiyanın AŞPA-ya qayıtmasını dəstəkləyib. Lakin nümayəndə heyətinin sədri, deputat Ruben Rubinyan “səhvən” bu qərarın əleyhinə səs verib. Deputat Ovanes İgityan isə səsvermədə iştirak etməyib.
“Sputnik-Armenia” agentliyi yazır ki, “Past” qəzeti erməni deputatların bu hərəkətinin Rusiyanın hakim dairələrinin xoşuna gəlmədiyini yazıb. Bütün bunları nəzərə alan Ermənistanın iqtidarda olan “Mənim addımım” siyasi bloku İgityanın nümayəndə heyətinin tərkibindən çıxarılması barədə qərar qəbul edib.
Şərhlər