Müdafiə naziri: “Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda İranın rolu yoxdur”

18.09.2019 13:54     Dünyadan reaksiya     940

“İranın Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin obyektlərinə hücumda heç bir rolu olmayıb”. 

Bunu İranın Müdafiə naziri Əmir Hatəmi jurnalistlərə açıqlamasında deyib.  

“Aydın məsələdir ki, iki ölkə arasında qarşıdurma var. Bu qarşıdurmanın bir tərəfində Yəmən xalqı dayanıb. Onlar açıq şəkildə bu hücumu təşkil etdiklərini elan ediblər. Uzun illər Səudiyyə Ərəbistanın hücumuna məruz qalan və çoxlu itki verən, mühasirədə saxlanılan Yəmən onlara hücum edib”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib.(apa)

Reaksiya.az

Şərhlər