ABŞ-dan hücum hazırlığı

05.06.2015 14:50     Dünyadan reaksiya     1030

"Avropaya Rusiyanı vura biləcək yeni raket sistemi hazırlanıb"

Ukrayna ilə mübarizə aparan Moskva-Vaşinqton gərginliyi, yaxın zamana kimi sözü belə edilməyən alternativ hücumları gündəmə gətirməyə başlayıb. AP agentliyinə öz mənbələrinə söykənərək verdiyi xəbərdə, ABŞ-ın rus raketlərini məhv edəcək tutumda raketlərin Avropaya yerləşdirmə ilə bağlı xəbər verib. Xəbərə görə, Krımın ilhaqıyla başlayan prosesdə Rusiyanın Soyuq müharibə dövrü nüvə razılaşmalarını pozmağa başladığını düşünən Ağ ev ABŞ-ın Rusiyaya qarşı nüvə asılılığını artırmaq üçün plan qurur. Xüsusilə Rusiyanın yer – yer raketlərinə qarşı alternativ bir raket sistemi planlaması gündəmdədir. Pentaqon sözçüsü Joe Sowers, "Rusiyaya hüquq pozuntularından hərbi üstünlüklər əldə edə bilməyəcəyini göstərmək üçün bütün variantları dəyərləndiririk" - deyib. Qərb liderlərinin bazar günü Almaniyada keçirəcəkləri Rusiyasız G-7 zirvəsində də təhlükəsizlik məsələləri ilə müzakirə aparılması gözlənilir.

Şərhlər