“45 günü aşmağa səlahiyyətim yoxdur” - Rəcəb Tayyib Ərdoğan

12.08.2015 14:21     Dünyadan reaksiya     2186

 Prezident Receb Tayyip Erdoğanın  hökumətin qurulması üçün nəzərdə tutulan 45 günlük müddəti aşmayacağı barədə açıqlaması növbədən kənar seçki məsələsini gündəmə gətirdi.

Prezidentin Baş Qərargah Rəisi Ordu Generalı Necdet Özelə Dövlət Şərəf Medalının təqdimatı mərasiminin ardından AKP və CHP arasında koalisiya danışıqlarına dair  bəyanatlar verdi.

Prezident “Konstitusiya cizgisi daxilində qalsın ifadələrini işlədənlərin  Konstitusiyanın içərisində nə olduğundan xəbəri yoxdur. Düşdükləri vəziyyətdən xəbərləri yoxdur. Onların əvvəlcə ünvanları öyrənmələri lazımdır. Cənab Baş Nazirə hökumət qurmaq üçün vəzifə verdim. Özü işləri davam etdirir. Hazırda ana müxalifət partiyası heyətlərinin apardığı danışıqlar var. Dünən  baş nazir görüş keçirtdi. Televiziyadan izlədiyimizə görə cümə günü yenə də görüşlərinin olacağını eşitdik. Arzu edirəm ki, xeyirli olar. Amma o biri tərəfdə Milliyyətçi Hərəkat Partiyasının da eyni şəkildə heyət nümayəndələri ilə görüşlər keçirəcək.  Bəlkə də, Cənab Baş Nazir bu arada onlarla da bir görüş keçirəcəkdir. Bunlar hazırda mənim qənaətim daxilində olan işlər deyil. Məclis sədri ilə məsləhətləşməyim, görüşümməyim lazım olanda da yəqin ki, özü ilə bu məsələlər barədə danışacağam. Hazırda da danışıram, danışacağam. Çünki ölkə qətiyyən hakimiyyətsiz qalmamalıdır, başsız qalmamalıdır. 45 günü aşmağa səlahiyyətim yoxdur".

 

Şərhlər

Çox oxunanlar