ABŞ-ın iri enerji şirkətləri 50 faizdən artıq qazanc itirdi
12.08.2015 14:35 Dünyadan reaksiya 2134
Çində başlayan qlobal yavaşlama neftdən asılıolan ölkələrlə yanaşı, dünya bazarında payı olan iri enerji şirkətlərinə də ağır zərbə vurub.
Reaksiya.Az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, neftin qiymətinin 50 dollardan aşağı düşməsi ABŞ-dakı iri neft şirkətlərinin illik gəlirlərinin 50 faizə qədər azalmasına səbəb olub.
Məsələn, “Exxon”un illik gəliri 52 faizə qədər əriyib, bu şirkətin qazancı 2009-dan bu yana ən aşağı səviyyəsini görüb.
“S & P 500” Enerji Endeksindəki illik eniş isə 29,13 faiz səviyyəsində müşahidə olunub.
ABŞ-da enerji sektorundakı 50 faizi keçən itki xaricində, az qala bütün sektorlar ötən ilə görə artımdadır. Sənayedə 4,8 faizlik eniş xaricində səhiyyədən maliyyə sektoruna, texnologiyadan pərakendə satışa qədər hər sektorun gəlirləri artır.
Ölkələr məsələsində isə vəziyyət bir az qarışıqdır. Neftin uzun vəd edə 60 dollarda qalması vəziyyətində dünyadakı böyüməyə 0.5 ballıq əlavə qatqı gələcək. Qiymətin düşməsindən ən çox təsirlənən ölkələr isə Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Norveçdir. Aşağı neft qiyməti böyümə, büdcə və işsizlik xaricində bu ölkələrin inflyasiyasına da təsir edəcək.
Həmçinin neftin qiyməti 1barrelə 60 dolları keçməzsə, Rusiya iqtisadiyyatı 5 faizə qədər keçiləcək. Büdcəsini 1 barelə 72 dollar hesabı ilə tərtib edən İranda da ciddi problemlərin və kəsir artımının gündəmə gəlməsi gözlənilir. İxracatının 95 faizi neft sektorunun payına düşən Venesuela da ən çox “zərər görən” ölkələrdənolacaq.
Şərhlər