Tənqidlərdən əsəbiləşən Liviya baş naziri canlı yayında istefa verib
12.08.2015 14:54 Dünyadan reaksiya 1956
Televiziya proqramında xalqın ona yönəltdiyi tənqidlərdən əsəbiləşən Liviyanın baş naziri Abdullah Əl Sani, canlı yayında istefa verdiyini açıqlayıb.
Liviyanın beynəlxalq cəmiyyət tərəfindən tanınan baş naziri Sani, “Liviya Channel” adlı xüsusi bir kanala müsahibə verib.
Canlı yayında danışan liviyalıların ölkədəki təhlükəsizlik problemlərinin həll edilməməsi və qarşıdurmalar ucbatından evlərini tərk etmək məcburiyyətində qalanlara kifayət qədər yardımın təmin edilmədiyinə görə tənqid olunan Saniyə "sizə qarşı etirazlar olsa, nə edəcəksiniz?" – sualı verilib.
Həm tənqidlərdən, həm də sualdan əsəbiləşən Sani bildirib ki, insanların ona etiraz etməsinə ehtiyac yoxdur: “Çünki rəsmi olaraq vəzifəmdən istefa edirəm. Sizə bütün problemləri tezliklə həll edə biləcək yeni bir baş nazir arzulayıram”.
Sani istefasını bazar günü Nümayəndələr Məclisinə təqdim edəcəyini ifadə edib.
Şərhlər