Gül və Davudoğlundan yeni həmlə - Kritik gəlişmə
07.11.2019 14:39 Dünyadan reaksiya 712
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) çıxdıqdan sonra yeni siyasi partiya quruculuğuna başlayan keçmiş baş nazir Əhməd Davudoğlu Səadət Partiyasının sədri Təməl Karamollaoğlu ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, Davudoğlu və Karamollaoğlu arasında baş tutacaq görüşün hansı məqsəd daşıdığı məlum deyil.
Görüşdən sonra ictimaiyyətə açıqlamanın verilməsi gözlənilir.
Kritik görüşün gözlənildiyi bir vaxtda Karamollaoğlu keçmiş prezident Abdullah Gül və Əhməd Davudoğluna ilginc təklif verib.
O, keçmiş hökumət başçılarını öz partiyasına qoşulmağa dəvət edib:
“Yeni bir partiyaya ehtiyac yoxdur, siyasəti Səadət Partiyasında davam edə bilərlər”.
Şərhlər