Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanƏrdoğan dəhşətli faktları açıqladı: Müsəlmanların taleyi beşlikdən asılı ola bilməz

19.12.2019 14:54     Dünyadan reaksiya     1878

"Dünyada neft ehtiyatlarının 59%-i, təsdiqlənmiş qaz ehtiyatının 58%-i məhz İslam ölkələrindədir. Buna baxmayaraq 350 milyon müsəlman yoxsulluq həddindən də aşağı həddə yaşayır"

1,7 milyard müsəlmanın taleyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvünün mövqeyindən asılı olmalı deyil. Bu sistem artıq sıradan çıxıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kuala-Lumpurda bildirib.

Ərdoğan vurğulayıb ki, qlobal siyasi sistemdə ədalət prinsipləri əsasında islahatların aparılmasına ehtiyac var: "İkinci Dünya Müharibəsinin nəticələri əsasında yaradılan sistem artıq işləmir. BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlara ehtiyac var. Dünyada ədalətin təmin olunması üçün islam ölkələrinin də təmsil olunduğu beynəlxalq təşkilatların mövqelərinin gücləndirilməsinə ehtiyac var".

Türkiyə lideri, eyni zamanda Ankaranın son illər üzləşdiyi təzyiqə də diqqəti çəkib: "Türkiyəyə təzyiq şayiələr axını, hərbi çevriliş cəhdi, terrorizmə dəstək və Türkiyə iqtisadiyyatını çökdürmək cəhdləri ilə müşayiət olunub. Lakin Ankara heç vaxt öz mövqeyini dəyişməyib".

Ərdoğan ən varlı və ən kasıb İslam ölkəsi arasında 200 dəfəlik fərq olduğunu xatırladıb: "Dünyada neft ehtiyatlarının 59%-i, təsdiqlənmiş qaz ehtiyatının 58%-i isə məhz İslam ölkələrindədir. Buna baxmayaraq 350 milyon müsəlman yoxsulluq həddindən də aşağı həddə yaşayır".

Türkiyə Prezidenti xatırladıb ki, dünyada münaqişə qurbanlarının 94%-ini müsəlmanlar təşkil edir.

Reaksiya.az

Şərhlər