İŞİD-in vəhşiliyi “Taliban”ı da təəccübləndirdi
12.08.2015 17:58 Dünyadan reaksiya 1245
Terror təşkilatı İŞİD Əfqan əsirlərini partlayıcı maddəylə havaya uçurub.
Reaksiya.az xəbər verir ki, “Taliban” keçdiyimiz günlərdə İŞİD terror təşkilatının əsir aldığı “Taliban” və onlara dəstək verən tayfa üzvlərinin üzərlərinə bomba bağlayaraq havaya uçurması barədə bir etiraz bəyanatı yaymışdı.
"Spiegel" jurnalında yer alan bir xəbərə görə “Taliban” bu edamı sərt tənqid edib.
“Taliban” bəyanatda bildirib: "Bəzi məsuliyyətsiz və cahil insanların, İslam bayrağı altında keçirdiyi bu və buna bənzər digər qanlı hadisələr qəbul edilə bilməz".
Əfqanıstanın şərqində Nangarhar şəhərində həyata keçirilən kütləvi edamın görüntülərini yayımlayan İŞİD edama əsas olaraq “Taliban”ın Nangarharda ona hücum etməsini göstərib.
“TALİBAN” DA MİNLƏRLƏ İNSANI ÖLDÜRDÜ
Son iyirmi ildə minlərlə insanın qatili olan “Taliban”ın reaksiyası təəccüb yaşadıb. “Taliban” daha bazar ertəsi günü Kabil Hava Limanına bombalı avtomobillə hücum edib, beş nəfəri öldürmüşdü.
Yenə ötən həftə 27 yaşlı bir qadını evlilikdən kənarda əlaqəsi olduğu iddiası ilə edam etmişdilər. Sonuncu video isə İŞİD ilə “Taliban” arasındakı qarşıdurmanın böyüməkdə olduğunun göstəricisi kimi qəbul edilib.
Keçdiyimiz günlərdə İŞİD “Taliban” üzvlərini qaçırıb zərərsizləşdirmiş, buna görə də “Taliban” İŞİD-ə qarşı təcavüzə başlamışdı. Hər iki qrup olduqları ölkənin bir hissəsinə nəzarət edirlər. “Taliban”ın lideri Molla Ömərin öldürülməsi ilə bağlı xəbər də mətbuatda yer alıb.
Şərhlər