Trampın ilk məhkəməsi başa çatdı: QƏRAR

22.01.2020 14:20     Dünyadan reaksiya     2905

ABŞ prezidenti Donald Trampın impiçmentində daha bir mərhələ başa çatıb.

Publika.az xəbər verir ki, Senatdakı 13 saat davam edən ilk məhkəməsi tamamlanıb.

Respublikaçılar Partiyasından olan senatorlar demokratların Ağ Evdən yeni sənədlər tələb edən təklifini rədd edib. Səsvermədə 47 nəfər təklifin lehinə, 53 nəfər əleyhinə çıxıb.

Qeyd edək ki, 50 ştatı 2 nəfər olmaqla, 100 senatorun təmsil etdiyi palatada üstünlük respublikaçılardadır.

Xatırladaq ki, Konqresin Nümayəndələr Palatası 24 sentyabr 2019-cu ildə prezident Donald Trampın rəqibo Co Bayden və oğlunun Ukraynadakı keçmişinin araşdırılması üçün prezident Vladimir Zelenskiyə təzyiq göstərməsi və müəyyən təkliflər irəli sürməsinə görə impiçent başlatmışdı. 

Reaksiya.az

Şərhlər